Bank Of Baku

Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyası Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısına təyin etdiyi aksiyanın vaxtını dəyişib

Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyası Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısına təyin etdiyi aksiyanın vaxtını dəyişib
# 03 dekabr 2007 09:17 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyası (GAJF) Gürcüstanın Azərbaycandakı səfirliyinin binası qarşısına dekabrın 5-nə təyin etdiyi aksiyanın vaxtını dəyişib. Bu barədə APA-ya federasiyanın rəhbəri Niyazi Hüseynov bildirib. Onun sözlərinə görə, dekabrın 5-də Gürcüstanda leyboristlər kütləvi aksiya keçirəcəklər və eyni vaxtda Bakıda aksiyanın keçirilməsi onlara dəstək kimi qiymətləndirilə bilər. Buna görə də o, aksiyanın dekabrın 6-na təyin edildiyini qeyd edib. Piketdə prezidentliyə namizəd Fazil Əliyevin seçki qərargahının rəhbəri, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının lideri Daşqın Gülməmmədovun və həmçinin iki azərbaycanlı siyasi məhbusun azad edilməsi, 36 azərbaycanlını qətlə yetirən qatillərin tapılması tələb olunacaq. N. Hüseynov şəhər rəhbərliyinin cavabından asılı olmayaraq aksiyanı keçiriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR