Bank Of Baku

Gürcüstan rusiyalı müşahidəçiləri qəbul etməyəcək

Gürcüstan rusiyalı müşahidəçiləri qəbul etməyəcək
# 04 dekabr 2007 10:00 (UTC +04:00)
Rusiyalı müşahidəçilər Gürcüstanda keçiriləcək prezident seçkilərinin monitorinqinə dəvət olunmayacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadze deyib. O, Rusiyada seçkilərin qeyri-demokratik keçirildiyini bildirib: “Rusiyalı müşahidəçilərin olmaması bizim seçkilərin demokratikliyinə heç bir kölgə salmayacaq. Çünki Rusiyanın özü demokratik seçki keçirməkdən çox uzaqdır. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərini qəbul etməyərək seçkiləri praktik olaraq təhlükəsizlik xidmətinin gücü ilə keçirdilər”.
Qeyd edək ki, bu həftə ATƏT-in qısamüddətli və uzunmüddətli missiyaları Gürcüstana gələcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR