Bank Of Baku

Gürcüstan prezidentliyinə iddiaçılardan ikisi namizədliyini geri götürüb

Gürcüstan prezidentliyinə iddiaçılardan ikisi namizədliyini geri götürüb
# 05 dekabr 2007 12:59 (UTC +04:00)
Gürcüstan prezidenti vəzifəsinə iddiaçılardan ikisi Georgi Qaçeçiladze və Tamaz Bibiluri namizədliklərini geri götürüblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladzenin xeyrinə namizədliyini geri götürdüyünü açıqlayıb: “Biz daxili istifadə üçün sosioloji sorğu keçirdik. Məlum oldu ki, Mixail Saakaşvilinin reytinqi çox aşağıdır və Levan Qaçeçiladze böyük fərqlə irəlidədir. Buna əsasən Yaşıllar Partiyası prezident seçkilərində iştirakdan vaz keçərək Levan Qaçeçildzeni dəstəklədiyini bəyan edir”. G. Qaçeçiladze L. Qaçeçiladzenin seçkiqabağı proqramının “yaşıllar”ın baxışları ilə üst-üstə düşdüyünü vurğulayıb.
“Sxivi” Jurnalistlər İttifaqının və “9 Aprel” Cəmiyyətinin sədri Tamaz Bibiluri isə seçkilərin saxtalaşdırılmasına hazırlıq getdiyini və buna etiraz əlaməti olaraq namizədliyini geri götürdüyünü bildirib: “Mən saxtakarlığa hazırlığı təsdiqləyən sənədləri Gürcüstandakı bütün beynəlxalq təşkilatlara və səfirliklərə təqdim edəcəyəm”.
Qeyd edək ki, hazırda prezidentliyə 16 iddiaçı var. Onların əksəriyyətinin qeydiyyat üçün tələb olunan 50 min imzanı toplaya biləcəyi şübhə altındadır. Gürcüstan Mərkəzi Seçki Komissiyası qeydə alınan prezidentliyə namizədlərin adlarını dekabrın 11-də elan edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR