Bank Of Baku

Luis Robertson: ““İmedi” açılmasa, seçkilər demokratik keçirilməyəcək” - EKSKLÜZİV

Luis Robertson: ““İmedi” açılmasa, seçkilər demokratik keçirilməyəcək” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 06 dekabr 2007 09:05 (UTC +04:00)
- Sizcə “İmedi”nin bağlanmasının əsas səbəbləri nədən ibarətdir?
- Hökumət bizi dövlət çevrilişinə cəhd göstərməkdə ittiham edir. İqtidarın yeganə və əsassız səbəbi bundan ibarətdir. Heç bir əsas olmadan silahlı insanlar studiyaya daxil olaraq kanalın yayımını dayandırdılar və biz studiyanı tərk etmək məcburiyyətində qaldıq. Hazırda “İmedi”nin yayımının davam etdirilməsi ilə bağlı hökümətlə danışıqlar aparılır. Onlar bizə hər şeyin məhkəmənin qərarından asılı olduğunu bildirirlər. Yəni məhkəmə “İmedi”nin üzərindən cinayət işini götürməlidir ki, biz yayıma başlayaq. Bu qərara qədər biz “İmedi”nin binasına daxil ola bilmərik. Məsəlinin başqa bir tərəfi isə budur ki, bizə sabah və ya o birisi gün icazə verilsə də, yayımı davam etdirə bilmərik, çünki dəymiş zərərin aradan qaldırılması üçün vaxt lazımdır. Texnikalarımız əzilib, bəziləri tamamilə sıradan çıxıb. Ən dəhşətlisi odur ki, biz studiyaları tərk etdikdən sonra orada nələr baş verdiyindən xəbərdar deyilik.
- Danışıqlarda hökumətin “İmedi”dən əsas tələbi və ya efirə qayıdarsa, telekanalın üzərinə götürəcəyi öhdəliklər nədən ibarətdir?
- Bu suala cavab vermək çox çətiindir. Çünki hökümətin özü də bilmir bizdən nə istəsin və ya nə tələb etsin. Əsas məsələ odur ki, hakim dairə gücü çatdığı qədər xəbərlər proqramının və keçiriləcək monitorinqlərin qarşısını almaq niyyətindədir. Buna görə də bu, yalnız “İmedi”nin problemi deyil.
- Belə çıxır ki, hökumət xüsusən seçkiqabağı kampaniya dövründə “İmedi”nin yenidən efir məkanına qayıtmasından qorxur.
- Seçkiqabağı kampaniyanın bitməsinə barmaqla saylacaq qədər günlər qalıb. Biz yekdiliklə bu fikirdəyik ki, “İmedi” açılmasa, seçkilər demokratik keçirilməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR