Bank Of Baku

Məhkəmə “İmedi” televiziyasının yayımına icazə verib

Məhkəmə “İmedi” televiziyasının yayımına icazə verib
# 06 dekabr 2007 09:27 (UTC +04:00)
Telekanalın əməkdaşları bu gün səhər tezdən teleşirkətin binası qarşısına toplaşaraq məhkəmənin qərarını gözləyiblər. Qərardan sonra onların içəri keçməsinə icazə verilib.
Xatırladaq ki, “İmedi”nin yayımı Tiflisdə müxalifətin kütləvi aksiyalarının dağıdıldığı gün - noyabrın 7-də gecə dayandırılıb. Daha sonra məhkəmənin qərarı ilə teleşirkətin əmlakına və lisenziyasına həbs qoyulub. Dekabrın 3-də parlamentin sədri və prezident səlahiyyətlərinin icraçısı Nino Burcanadze Baş Prokurorluğa müraciət edərək həbs qərarının ləğvini və yayıma şərait yaradılmasını xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR