Bank Of Baku

Gürcüstanda daha bir prezidentliyə namizəd iddiasından vaz keçib

Gürcüstanda daha bir prezidentliyə namizəd iddiasından vaz keçib
# 06 dekabr 2007 14:56 (UTC +04:00)
“İrəli, Gürcüstan!” Hərəkatının lideri, prezidentin İmereti regionundakı sabiq səlahiyyətli nümayəndəsi Teymuraz Şaşiaşvili prezidentliyə namizədliyini geri götürüb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, T. Şaşiaşvili “Prezidentsiz Gürcüstan” ideyasına dəstək məqsədilə bu qərarı verdiyini bildirib: “Mən Gürcüstanda parlament respublikasının qurulmasını istəyən müxalifət qüvvələrini dəstəkləyirəm”. T. Şaşiaşvili hesab edir ki, seçki kampaniyası “Xaricdən idarə edilən rəhbərliyin olmadığı Gürcüstan” devizi altında keçirilməlidir: “Amma prezident artıq təyin edilib və belə şəraitdə seçkilər və bu prosesdə iştirak etmək ciddi əhəmiyyət daşımır”. Bununla yanaşı, T. Şaşiaşvili əhalini seçkidə fəal iştirak etməyə, layiqli namizədi dəstəkləməyə, ölkə müxalifətini isə birləşməyə çağırıb.
Xatırladaq ki, “Prezidentsiz Gürcüstan” şüarının müəllifi birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladzedir. T. Şaşiaşvilinin qərarında sonra prezidentliyə 15 namizəd qalıb. Ancaq onların əksəriyyətinin qeydə alınmaq üçün tələb olunan 50 min imzanı toplayacağı şübhə altındadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR