Bank Of Baku

Mixail Saakaşvilinin prezidentliyə namizədliyi qeydə alınıb

Mixail Saakaşvilinin prezidentliyə namizədliyi qeydə alınıb
# 07 dekabr 2007 08:41 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası Mixail Saakaşvilinin prezidentliyə namizədliyini qeydə alıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvilinin seçki qərargahı MSK-ya tələb olunan 50 min imza əvəzinə, 205 mindən çox seçici imzası təqdim edib. MSK-dan bildiriblər ki, imzalar seçmə üsulu ilə yoxlanıb və onların həqiqiliyinə şübhə olmadığı üçün 13 üzvdən 11-nin səsi ilə namizədin qeydiyyatına qərar verilib. Leyborist Partiyasının MSK-dakı nümayəndəsi isə bildirib ki, M. Saakaşvilinin seçki qərargahı imzaları və şəxsiyyət vəsiqələrinin surətlərini vətəndaş reyestrindən götürüb.
Qeyd edək ki, MSK prezidentliyə digər 12 namizədin xeyrinə toplanmış imzaların yoxlanılmasını və qeydiyyat prosedurunu dekabrın 11-nə qədər yekunlaşdıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR