Bank Of Baku

“İmedi”nin əmlakının bir hissəsi məhv edilib, bir hissəsi isə aparılıb

“İmedi”nin əmlakının bir hissəsi məhv edilib, bir hissəsi isə aparılıb
# 07 dekabr 2007 10:32 (UTC +04:00)
Gürcüstanın “İmedi” teleşirkətinin əmlakının bir hissəsi məhv edilib, bir hissəsi isə aparılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə teleşirkətin vəkili İoseb Barataşvili açıqlama verib. O, dekabrın 6-da məhkəmənin qərarından sonra saat 24.00-da içəri buraxıldıqlarını bildirib: “Təəssüf ki, içəri girdikdə dəhşətli mənzərənin şahidi olduq. Aparaturanın yarısı dağıdılıb, digər qismi isə aparılıb. Bütün mühasibat sənədləri də yoxa çıxıb”. Teleşirkətin direktoru Bidzina Barataşvili, siyasi proqramlar direktoru Georgi Tarqamadze, Gürcüstanın Xalq Müdafiəçisi - ombudsman Sozar Subari və beynəlxalq müşahidəçilər binaya baxış keçiriblər. Proses “İmedi”nin iki, Daxili İşlər Nazirliyinin isə bir videokamerası tərəfindən lentə alınıb. Daha sonra əməkdaşlar içəri buraxılıb. Hələlik telekanalın nə vaxt fəaliyyətə başlayacağı bəlli deyil. Vəkil İ. Barataşvili deyib ki, zərərin hesablanmasına azı bir həftə vaxt gedəcək: “Məhv edilmiş əmlakdan əlavə, teleşirkət reklamdan qazanacağı 1 milyon lariyə yaxın vəsaitdən də məhrum olub. Bütün bunlar hesablandıqdan sonra məhkəməyə müraciət edəcəyik”. Ombudsman S. Subari də telestudiyada çox ağır mənzərənin şahidi olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR