Bank Of Baku

Georgi Xaindrava: “Zurab Jvaniyanın ölümü ilə bağlı bir çox suallar hələ də cavabsızdır”

Georgi Xaindrava: “Zurab Jvaniyanın ölümü ilə bağlı bir çox suallar hələ də cavabsızdır”
# 10 dekabr 2007 07:04 (UTC +04:00)
O, Zurab Jvaniyanın ölümünün əsl səbəblərinin hakimiyyətdə olan şəxslərə məlum olduğunu deyib: “Təəssüflər olsun ki, bu gün özlərini Jvaniyanın dostları adlandıran hakimiyyət rəsmiləri onun ölümünün əsl səbəbləri ilə bağlı ortada olan sualları cavablandırmaq istəmirlər”. Qeyd edək ki, dünən sabiq baş nazir Zurab Jvaniyanın anadan olmasının 44 ili tama olub. Jvaniyanın dostları və bir çox rəsmi şəxslər bu münasibətlə sabiq baş nazirin qəbrini ziyarət ediblər. Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən Nino Burcanadze sabiq baş naziri istedadlı şəxs adlandırıb. Qeyd edək ki, Zurab Jvaniya 2005-ci il fevralın 3-də faciəli şəkildə dünyasını dəyişib. Rəsmi orqanlar sabiq baş nazirin dəm qazından boğularaq vəfat etdiyini bildirsələr də, qohumları isə Zurab Jvaniyanın qətlə yetirildiyini iddia edirlər. Jvaniyanın qardaşı isə istintaq materiallarının saxtalaşdırıldığını, sabiq baş nazirini qətlə yetirildiyini bildirib. Maraqlıdır ki, Gürcüstan Baş Prokurorluğu Zurab Jvaniyanın dəm qazından öldüyünü bəyan etsə də, onun ölümü ilə bağlı başlanmış cinayət işinə hələ də xitam verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR