Bank Of Baku

Gürcüstanın “İmedi” telekanalı sabah yayımını bərpa edəcək

Gürcüstanın “İmedi” telekanalı sabah yayımını bərpa edəcək
# 11 dekabr 2007 11:29 (UTC +04:00)
Gürcüstanın “İmedi” telekanalı dekabrın 12-də yerli vaxtla saat 20.00-da yayımını bərpa edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu telekanalın tok-şou üzrə baş prodüseri İrakli Mosişvili deyib. O, telekanalın bir çox texnikasının məhv edildiyini və bütün proqramların bir studiyada hazırlanacağını açıqlayıb: “Texnikamızı qəsdən məhv ediblər və biz onları tam bərpa edə bilməyəcəyik. Peyk siqnalı göndərən texnika da yararsız vəziyyətə salınıb. Buna baxmayaraq, əvvəlki səviyyədə olmasa da, peyk vasitəsilə yayım davam edəcək”. İ. Mosişvili televiziyaya hücum zamanı daxili rabitənin və meyl-serverin də zədələndiyini, telefonların işləmədiyini söyləyib: “Biz ənənəvi formatda efirə çıxa bilməyəcəyik. Necə mümkündürsə, o cür də işləyəcəyik. Texniki keyfiyyət əvvəlki kimi olmayacaq, ancaq adi tamaşaçı bunu hiss etməyəcək”.
Qeyd edək ki, “İmedi” yayıma “Xronika” informasiya buraxılışı ilə başlayacaq. Sonra Tiflisdə baş vermiş 7 noyabr hadisələri ilə bağlı tok-şou efirə gedəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR