Bank Of Baku

Mixail Saakaşvili azərbaycanlıların yığcam yaşadığı Bolnisi, Marneuli və Qardabani rayonlarında görüşlər keçirib - FOTOSESSİYA

Mixail Saakaşvili azərbaycanlıların yığcam yaşadığı Bolnisi, Marneuli və Qardabani rayonlarında görüşlər keçirib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 11 dekabr 2007 14:41 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili əvvəlcə Bolnisidə olub və rayon mərkəzində bir neçə min adamın iştirakı ilə mitinq keçirib. “Yoxsulluğun olmadığı Gürcüstan” devizi ilə kampaniya aparan M. Saakaşvili bildirib ki, bu gün ölkənin əsas problemi məhz yoxsulluqdur: “Mən ilk növbədə ehtiyac içində olanların, ayağa qalxmaq istəyənlərin, ölkənin problemləri qarşısında duruş gətirə bilənlərin səsini istəyirəm”. O, Bolnisinin su ilə təminatı üçün yeni su kanalının tikintisi məqsədilə rayona müvafiq texnika gətirildiyini açıqlayıb. Sonra keçmiş prezident qonşu Marneuli rayonuna yollanıb. Rayon mərkəzində seçicilər qarşısındakı çıxışına Azərbaycan dilində başlayan M. Saakaşvili deyib bildirib ki, Kvemo Kartlidə yoxsulluq və məşğulluq problemləri həll olunmalıdır: “Regionun gürcü cəmiyyətinə inteqrasiyası məqsədilə gürcü dilinin tədrisi gücləndiriləcək. Gürcü və Azərbaycan xalqları ümumi gələcəyə malikdir və bunun uğrunda mübarizə aparmaq, yanvarın 5-də səs vermək lazımdır”. Görüş zamanı seçicilər şikayət və diləklərinin əks olunduğu məktubları S. Rulofsa veriblər. Daha sonra M. Saakaşvili və onu müşayiət edən şəxslər Qardabani rayonuna yola düşüblər. Burada seçicilərlə görüşü S. Rulofs açaraq bütün vətəndaşları seçkilərdə fəal iştiraka səsləyib. Daha sonra M. Saakaşvili çıxış edərək təqaüdlərin həcmini 100 lariyə (təxminən 60 dollar) çatdıracağını, Eduard Şevardnadzenin dövründən kök salmış korrupsiyanı tamamilə aradan qaldıracağını vəd edib. O, çıxışını Azərbaycan dilində “biz qalib gələcəyik” cümləsi ilə bitirib. Görüşün sonunda ölkənin birinci xanımı sakinlərin məktublarını qəbul edib. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR