Bank Of Baku

Gürcüstan müxalifəti Mixail Saakaşvilinin vədlərini reallaşdırmaq üçün dövlət büdcəsindən üç dəfə çox vəsait lazım olduğunu müəyyənləşdirib

Gürcüstan müxalifəti Mixail Saakaşvilinin vədlərini reallaşdırmaq üçün dövlət büdcəsindən üç dəfə çox vəsait lazım olduğunu müəyyənləşdirib
# 11 dekabr 2007 15:22 (UTC +04:00)
Gürcüstan parlamentindəki müxalifətçi “Yeni sağlar” fraksiyası prezidentliyə namizəd Mixail Saakaşvilinin 11 milyard lari (6,8 milyard dollar) məbləğində seçkiqabağı vəd verdiyini müəyyən edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, “Yeni sağlar”ın lideri, prezidentliyə namizəd David Qamkrelidzenin seçki qərargahının rəhbəri David Saqanelidze bildirib ki, M. Saakaşvili 4 ilə ərzində xalqı aldadıb və indi də aldatmağa davam edir: “Biz onun seçkiqabağı vədləri üçün nə qədər pul lazım olduğunu hesabladıq. Maraqlıdır, Gürcüstanın dövlət büdcəsi cəmi 4 milyard lari təşkil etdiyi halda o, bu qədər pulu haradan tapacaq?“ /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR