Bank Of Baku

Gürcüstan prezidentliyi uğrunda 7 nəfər mübarizə aparacaq

Gürcüstan prezidentliyi uğrunda 7 nəfər mübarizə aparacaq
# 11 dekabr 2007 16:18 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, 2008-ci il yanvarın 5-də keçiriləcək seçkilərdə bülletenlərə 7 namizədin adı daxil ediləcək. Bülletenlərdə 1-ci sırada birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze, 2-ci sırada iş adamı Arkadi (Badri) Patarkasişvili, 3-cü sırada “Yeni sağçılar” Partiyasının lideri David Qamkrelidze, 4-cü sırada Leyborist Partiyasının lideri Şalva Natelaşvili, 5-ci sırada Mixail Saakaşvili, 6-cı sırada “Gələcəyin Partiyası”nın lideri Georgi Maisaşvili, 7-ci sırada isə Ümid Hərəkatının lideri İrina Sarişvilinin adı yazılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR