Bank Of Baku

Gürcüstan prezidentliyinə namizəd Arkadi Patarkasişvili prezident seçilərsə, sosial layihələrə öz cibindən 1 milyard dollar ayıracaq

Gürcüstan prezidentliyinə namizəd Arkadi Patarkasişvili prezident seçilərsə, sosial layihələrə öz cibindən 1 milyard dollar ayıracaq
# 13 dekabr 2007 09:29 (UTC +04:00)
Gürcüstan prezidentliyinə namizəd Arkadi (Badri) Patarkasişvili prezident seçkilərində qalib gələcəyi təqdirdə sosial layihələrin maliyyələşdirilməsinə 1 milyard dollar ayıracaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə iş adamının seçki qərargahının rəhbəri Valeri Qelbaxiani açıqlama verib: “Bu pullar büdcədən götürülməyəcək, şəxsi vəsait olacaq”. V. Qelbaxiani layihənin detalları haqda danışmayıb və yaxın günlərdə Gürcüstana qayıtmağa hazırlaşan A. Patarkasişvilinin özünün ətraflı məlumat verəcəyini bildirib. Gürcüstan mətbuatında isə A. Patarkasişvilinin əhalini müəyyən müddət təbii qaz və elektrik enerjisinə görə pul ödəməkdən azad etmək fikrində olduğu barədə xəbər yayılıb. Ancaq Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, prezidentliyə namizədin həqiqətən belə vədlər verdiyi təsdiqlənərsə, bu, seçiciləri satın almaq cəhdi kimi qiymətləndirilə və qanunla cəzalandırıla bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR