Bank Of Baku

Qəza nəticəsində Gürcüstanın əksər hissəsi işıqsız qalıb

Qəza nəticəsində Gürcüstanın əksər hissəsi işıqsız qalıb
# 14 dekabr 2007 09:48 (UTC +04:00)
“Kafkasioni” elektrik ötürücü stansiyasında baş verən qəza nəticəsində Tiflis şəhərinin böyük bir hissəsi və Gürcüstanın bir çox rayonları işıqsız qalıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda stansiyadan qəzanın nəticəsinin aradan qaldırılması istiqamətində intensiv işlər görülür. Təmir briqadaları qəzanın yaxın saatlarda aradan qaldırılacağını bildirirlər. Qeyd edək ki, “Kafkasioni” stansiyası ölkənin şərq hissəsinin elektrik enerjisi ilə təmin olunmasında əsas rol oynayır. Bu, son 10 gün ərzində Gürcüstanda baş verən ikinci belə hadisədir. Dekabrın əvvəllərində güclü qar yağıntısı nəticəsində yüksək voltlu elektrik xətləri sıradan çıxıb və təxminən 160 min nəfər işıqsız qalıb. Leysan yağışları və qasırğa isə İmereti bölgəsinin elektrik enerjisi ilə təminatında ciddi problemlər yaradıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR