Bank Of Baku

Vəkil Eka Beseliya: ”İrakli Okruaşvilinin siyasi sığınacaq almaq şansı yüksəkdir”

Vəkil Eka Beseliya: ”İrakli Okruaşvilinin siyasi sığınacaq almaq şansı yüksəkdir”
# 19 dekabr 2007 12:41 (UTC +04:00)
Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında sabiq nazirin vəkili Eka Beseliya deyib. O, əminliklə bildirib ki, Gürcüstan hakimiyyəti Almaniya məhkəməsində İ. Okruaşvilinin siyasi məhbus olmadığını sübut edə bilməyəcək: “Okruaşvilinin siyasi sığınacaq almaq şansı yüksəkdir. Çünki bizim Almaniya məhkəməsində sadaladığımız faktlar bunun üçün kifayətdir. Bizimlə birlikdə çalışan alman vəkillər də onun siyasi məhbus olduğunu təsdiq etdilər”. E. Beseliya hazırda İ. Okruaşvilinin özünü Gürcüstanda olduğundan daha yaxşı hiss etdiyini söyləyib: “O, təkadamlıq kamerada saxlanılır. Biz Almaniyada olarkən onunla hər gün görüşə bilirdik”. Vəkil İ. Okruaşvilinin qarşıdakı seçkidə birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladzeni dəstəklədiyini açıqlayıb. Keçmiş nazir bununla bağlı xüsusi bəyanat da imzalayıb.
Qeyd edək ki, İ. Okruaşvili noyabrın 27-də Gürcüstan hakimiyyətinin müraciəti əsasında Berlində həbs edilib. Berlin Məhkəməsinin dekabrın 3-də verdiyi qərara əsasən ekstradisiya ilə bağlı aparılan məhkəmə prosesi dövründə o, təcridxanada qalmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR