Bank Of Baku

Georgi Maisaşvili: “Prezident seçilərəmsə, azərbaycanlılar yaşadıqları ölkədə özlərini azad, müstəqil vətəndaş hiss edəcəklər”

Georgi Maisaşvili: “Prezident seçilərəmsə, azərbaycanlılar yaşadıqları ölkədə özlərini azad, müstəqil vətəndaş hiss edəcəklər”
# 20 dekabr 2007 10:29 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna Gələcəyin Partiyasının lideri, prezidentliyə namizəd Georgi Maisaşvili verib. O, seçicilərinə azad, demokratik cəmiyyətdə iqtisadi inkişaf vəd etdiyini deyib: “Tək azərbaycanlıların yox, ümumiyyətlə Gürcüstanda seçicilərin səsini qazanmaq çox çətindir. Çünki hazırkı hökumət səsləri əldə etmək üçün hər şeyi nəzarətdə saxlayır. Mən bütün Gürcüstan vətəndaşlarına, o cümlədən azərbaycanlılara , gürcülərə və başqa etnik qruplara eyni vədlər verəcəyəm. Azərbaycanlıların bir nömrəli vəzifəsi Gürcüstan iqtisadiyyatında rəqabət aparmağı bacarmaq olmalıdır. İkincisi, mən çalışacağam ki, azərbaycanlılar təhsildən uzaqda qalmasınlar. Bilirəm ki, bu sahədə onların kifayət qədər böyük problemləri var. Mən onlara təhsil almaq üçün böyük imkanlar yaradacağıma söz verirəm”. Georgi Maisaşvili bir çox azərbaycanlı dostları olduğunu bildirib: “Mənim qonşuluğumda çoxlu azərbaycanlılar yaşayır. Onlar mənim namizədliyimi dəstəkləyirlər. Əgər prezident seçilərəmsə, bütün azərbaycanlılara və bütün Gürcüstan vətəndaşlarına azad yaşamaq, azad vətəndaş olmaq üçün şərait yaradacağam. Onlara vəd edirəm ki, yaşadıqları ölkədə özlərini azad müstəqil vətəndaş hiss edəcəklər. Mən onlara bu ölkənin bir hissəsi olacaq cəmiyyət vəd edirəm”. Georgi Maisaşvili azərbaycanlı seçicilərlə görüşə xüsusi hazırlaşdıqlarını deyib: “Bunun üçün Amerika üsuluna uyğun böyük bir avtobus hazırlamışıq. Sizdə bu yürüşə qoşula bilərsiniz. Biz Qardabanidə, Bolnisidə və azərbaycanlılar yaşayan başqa bölgələrdə bu həftənin sonu görüşlərə başlayacağıq. Mən şəxsən küçə-küçə, qapıqapı gəzmək, hər kəsin qapısını çalmaq və onlara “salaməleyküm” demək istəyirəm. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR