Bank Of Baku

Badri Patarkasişvili: “Mənə sui-qəsd hazırlanıb”

Badri Patarkasişvili: “Mənə sui-qəsd hazırlanıb”
# 24 dekabr 2007 10:04 (UTC +04:00)
Gürcüstan prezidentliyinə namizəd Arkadi (Badri) Patarkasişvili hakimiyyətin ona sui-qəsd hazırladığını bildirib. APA-nın xəbərinə görə, hazırda Böyük Britaniyada yaşayan iş adamı “Sunday Times” qəzetinə müsahibəsində sui-qəsd haqqında on gün əvvəl məlumatlandırıldığını bildirib. O, muzdlu qatil və Gürcüstan Daxili İşlər Nazirliyində çalışan məmurun telefon danışığının audioyazısını əldə etdiyini açıqlayıb: “Mənə dedilər ki, altı-səkkiz həftə əvvəl Gürcüstandan Londona dörd nəfər göndərilib. Həmin şəxslər mənə qarşı nə isə etmək tapşırığı alıb”. “Sunday Times” yazıb ki, audioyazıdakı səs adam oğurluğu və qətllər üzrə ixtisaslaşmış çeçen səhra komandiri Üveys Əhmədova məxsusdur. Ü. Əhmədov qəzetə açıqlamasında B. Patarkasişvilini siyasi problem adlandıran və 100 nəfər tərəfindən qorunsa belə, onunla haqq-hesab çəkməyin mümkün olduğunu söyləyən dövlət məmuru ilə danışığını gizli şəkildə audiolentə yazdığını deyib. B. Patarkasişvili Böyük Britaniyada özünü təhlükəsiz hiss edib-etmədiyi haqda sualı belə cavablandırıb: “Mənim 120 mühafizəçim var. Amma bilirəm ki, bu, yetərli deyil. Mən özümü heç yerdə təhlükəsiz hiss etmirəm və buna görə də Gürcüstana getmirəm”. İş adamının seçki qərargahının rəhbəri, deputat Valeri Qelbaxiani isə dövlət çevrilişinə cəhddə ittiham olunur. Baş prokurorun müavini Nikoloz Qvaramiya bildirib ki, V. Qelbaxiani şübhəli şəxs qismində istintaqa cəlb edilərək ifadə verməyə çağırılacaq. Onun həbsinə zərurət yaranarsa, Baş Prokurorluq parlamentə müraciət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR