Bank Of Baku

Ukraynalıların Gürcüstanda keçirdiyi sorğu Mixail Saakaşvilinin şansının yüksək olmadığını göstərib

Ukraynalıların Gürcüstanda keçirdiyi sorğu Mixail Saakaşvilinin şansının yüksək olmadığını göstərib
# 24 dekabr 2007 15:15 (UTC +04:00)
Ukraynada fəaliyyət göstərən “Ümumi Avropa işi” adlı analitik-informasiya mərkəzi Gürcüstanda “exit-poll” sorğusu keçirib. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, sorğu gələn il yanvarın 5-də keçiriləcək prezident seçkilərində qalibin müəyyənləşməyəcəyini və ikinci turun qaçılmaz olduğunu göstərib. Sorğuda birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze 21,9% səs toplayaraq birinci olub. Mixail Saakaşvili çox az fərqlə (21%) ikinci yeri tutub. Seçicilərin 20,3%-i Arkadi Patarkasişviliyə, 7,9%-i David Qamkrelidzeyə, 6,1%-i Şalva Natelaşviliyə, 1,6%-i Georgi Maisaşviliyə, 0,3%-i isə İrina Sarişviliyə səs verib. Mərkəzin rəhbəri, professor Leonid Belousov bildirib ki, 83 yaşayış məntəqəsində keçirilən sorğuya 1200 nəfər qatılıb. Qurum seçki günü də “exit-poll” keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR