Bank Of Baku

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Gürcüstanda prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını açıqlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Gürcüstanda prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını açıqlayıb
# 25 dekabr 2007 08:47 (UTC +04:00)
Gürcüstanda prezident seçkilərinin gedişini izləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası öz aralıq hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabatda Gürcüstanda demokratik seçkilərin keçiriləcəyi ehtimalı şübhə altına alınıb: “Əgər, hakimiyyət öz işinə vicdanla yanaşsa, Gürcüstanda demokratik seçkilər keçirilə bilər. Prezident seçkilərindən sonra Seçki Məcəlləsinə dəyişikliklər edilib, lakin bu dəyişikliklər beynəlxalq standartlara tam cavab vermir”. Hesabat müəllifləri müxalifətin istənilən halda seçkilərin nəticələrini tanımayacağını bildirir və hakimiyyətin bundan çəkindiyini qeyd edirlər. Sənəddə qeyd edilir ki, müxalifət nümayəndələri bütün seçki komissiyalarında təmsil olunsalar da, onlara komissiyalarda yüksək vəzifələr verilməyib: “Müxalifət həm də seçici siyahılarının düzgün tərtib olunmamasından şikayət edir. Seçki kampaniyası həddən artıq qütblənmiş şəkildə keçirilir, namizədlər onlara öz kampaniyalarını aparmaq üçün Mixail Saakaşvili ilə eyni imkanlar yaradılmadığından şikayət edirlər. Bundan başqa dövlət strukturları Mixail Saakaşviliyə səs vermək üçün işçilərə, sıravi vətəndaşlara təzyiq edirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR