Bank Of Baku

Gürcüstan Daxili İşlər Nazirliyinin idarə rəisi Arkadi Patarkasişvilinin ona 100 milyon dollar təklif etdiyini bildirib

Gürcüstan Daxili İşlər Nazirliyinin idarə rəisi Arkadi Patarkasişvilinin ona 100 milyon dollar təklif etdiyini bildirib
# 25 dekabr 2007 08:47 (UTC +04:00)
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi operativ departamentinin rəisi İrakli Kodua prezidentliyə namizəd Arkadi Patarkasişvilinin ona dövlət çevrilişinə dəstək verməyin müqabilində 100 milyon dollar vəd etdiyini bildirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, İ. Kodua A. Patarkasişvilinin Londondakı evində iş adamı ilə görüşdüyünü açıqlayıb: “O, dövlət çevrilişinə cəhddə iştirak etməyim üçün mənə 100 milyon dollar təklif etdi. Ancaq Arkadi Patarkasişvili yanılır. Gürcü polisi satılmır və bunu hər kəs bilməlidir”. “Mze” televiziyası isə xəbər verib ki, A. Patarkasişvilinin mətbuat xidməti yaxın günlərdə iş adamı ilə İ. Koduanın görüşünün videoyazısını yayacaq və bununla da bütün söz-söhbətlərə son qoyulacaq.
Xatırladaq ki, Baş Prokurorluq A. Patarkasişvilinin seçki qərargahının rəhbəri, deputat Valeri Qelbaxianini dövlət çevrilişi hazırlamaqda ittiham edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR