Bank Of Baku

Ukrayna prezidenti Gürcüstana qısamüddətli səfər edib

Ukrayna prezidenti Gürcüstana qısamüddətli səfər edib
# 25 dekabr 2007 12:48 (UTC +04:00)
Ukrayna prezidenti Viktor Yuşşenko bu gün Gürcüstana qısamüddətli səfər edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis hava limanında onu Gürcüstan hökumətinin nümayəndələri və hakim partiyanın prezidentliyə namizədi Mixail Saakaşvili qarşılayıb. V. Yuşşenko gün ərzində M. Saakaşvili, prezident səlahiyyətlərinin icraçısı Nino Burcanadze, baş nazir Lado Qurgenidze, birləşmiş müxalifətin prezidentliyə namizədi Levan Qaçeçiladze ilə görüşlər keçirəcək. O, bir neçə saatlıq proqramını tamamladıqdan sonra Kiyevə qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR