Bank Of Baku

Georgi Jvaniya: “Valeri Qelbaxiani hökumətin qurduğu tələyə düşüb”

Georgi Jvaniya: “Valeri Qelbaxiani hökumətin qurduğu tələyə düşüb”
# 26 dekabr 2007 09:46 (UTC +04:00)
Prezidentliyə namizəd Arkadi Patarkasişvilinin seçki qərargahının keçmiş sədri Valeri Qelbaxianiyə qarşı Baş Prokurorluğun irəli sürdüyü ittihamlarla bağlı araşdırmalar davam edir. Bunu APA-ya açıqlamasında seçki qərargahının yeni rəhbəri, mərhum baş nazir Zurab Jvaniyanın qardaşı Georgi Jvaniya deyib. O bildirib ki, V. Qelbaxiani hakimiyyətin qurduğu tələyə düşüb: “Bildiyimə görə, Valeri son vaxtlar yüksək rütbəli hökumət nümayəndəsi ilə görüşürdü. Ancaq konkret hansı mövzuları müzakirə etdiklərini deyə bilmərəm”. V. Qelbaxianinin Gürcüstanı tərk etdiyini söyləyən G. Jvaniya hazırda onun harada olduğunu bilmir. O, A. Patarkasişvilinin seçki qərargahının seçicilərə pul təklif etdiyi barədə xəbərləri də təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR