Bank Of Baku

ABŞ-ın Gürcüstandakı səfiri Arkadi Patarkasişvilinin ittihamları ilə bağlı hökumətdən açıqlama istəyib

ABŞ-ın Gürcüstandakı səfiri Arkadi Patarkasişvilinin ittihamları ilə bağlı hökumətdən açıqlama istəyib
# 26 dekabr 2007 12:26 (UTC +04:00)
ABŞ-ın Gürcüstandakı səfiri Con Taft ümid etdiyini bildirib ki, hüquq-mühafizə orqanları prezidentliyə namizəd Arkadi Patarkasişvilinin ittihamlarına lazımi reaksiya verəcək. APA-nın məlumatına görə, səfir “Mze” telekanalına açıqlamasında deyib: “Mən gürcü dilini yaxşı bilmirəm, amma eşitdiklərimdən narahatam. Arkadi Patarkasişvili kifayət qədər ciddi ittihamlar səsləndirdi və mən əminəm ki, hüquq-mühafizə orqanları müvafiq reaksiya verəcək. Əsas odur ki, 5 yanvar seçkiləri demokratik keçirilsin”.
Qeyd edək ki, A. Patarkasişvili ”Rustavi-2” telekanalına müsahibəsində hakimiyyətin çeçen yaraqlısı Üveys Əhmədova onu öldürməyi tapşırdığını bildirib. Hakimiyyət nümayəndələri Ü. Əhmədova A. Patarkasişvilinin Rusiya agenti olduğunu deyiblər. Ancaq çeçen bunun yalan olduğunu öyrəndikdən sonra fikrini dəyişib və aldığı sifariş haqqında mətbuata açıqlama verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR