Bank Of Baku

“İmedi”nin yayımını dayandırması hakimiyyətin təzyiqləri ilə bağlıdır

“İmedi”nin yayımını dayandırması hakimiyyətin təzyiqləri ilə bağlıdır
# 27 dekabr 2007 08:21 (UTC +04:00)
“İmedi” telekanalı hakimiyyətin təqyiqlərinə etiraz əlaməti olaraq yayımını müvəqqəti dayandırıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, telekanalın siyasi proqramlar direktoru Georgi Tarqamadze “İmedi” ətrafında ehtiraslar səngiyənə və teleşirkətin yeni sahibinin hüquqi statusu müəyyənləşənə qədər efirə çıxmayacaqlarını bildirib: “Bu, kanalın bağlanması yox, yayımın müvəqqəti dayandırılmasıdır. Biz çirkli siyasi oyunlardan kənara çəkilirik və telekanalın əməkdaşlarını şantaj edərək ələ almaq istəyən hakimiyyətin siyasətini protest edirik”. G. Tarqamadze bu bəyanatını efirdə, studiyaya toplaşmış telekanal əməkdaşlarının fonunda səsləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR