Bank Of Baku

Gürcüstan müxalifəti mitinq keçirib

Gürcüstan müxalifəti mitinq keçirib
# 29 dekabr 2007 14:19 (UTC +04:00)
Bu gün Gürcüstanın birləşmiş müxalifəti Tiflisdə mitinq keçirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, paytaxtın tarixi hissəsi Peski adlanan əraziyə toplaşan aksiya iştirakçıları mitinqdən sonra şəhərin mərkəzindəki Respublika meydanına qədər yürüş keçiriblər. Əllərində “7 noyabrı unutmuruq” sözləri yazılmış plakat tutan mitinqçilər birləşmiş müxalifətin prezidentliyə namizədi Levan Qaçeçiladzeyə dəstək şüarları səsləndiriblər. Kütləvi tədbir zamanı hər hansı insident baş verməyib. Aksiyada 30 min nəfərin iştirak etdiyi xəbər verilir. Birləşmiş müxalifətin liderlərindən biri Koba Davitaşvili aksiyanın hakimiyyətə xəbərdarlıq məqsədi daşıdığını bildirib: “Biz bir daha hakimiyyəti ədalətli və demokratik seçki keçirməyə çağırırıq. Xalq seçkilərin saxtalaşdırılmasına imkan verməyəcək. Bizim hər birimiz seçki qutularını saxtakarlıqdan qoruyacağıq”. Prezident səlahiyyətlərinin icraçısı Nino Burcanadze isə Gürcüstanda istənilən siyasi qüvvənin və hər bir vətəndaşın dinc etiraz və dəstək aksiyaları keçirmək hüququ olduğunu söyləyib: “Əsas odur ki, bu aksiyalar Konstitusiya çərçivəsində keçirilsin və dinc xarakter daşısın. Biz qanun çərçivəsində fəaliyyət göstərənlərə hörmət edirik”.
Xatırladaq ki, Gürcüstanda gələn il yanvarın 5-də növbədənkənar prezident seçkiləri keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR