Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda bir məntəqə müvəqqəti olaraq fəaliyyətini dayandırıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda bir məntəqə müvəqqəti olaraq fəaliyyətini dayandırıb
# 05 yanvar 2008 17:28 (UTC +04:00)
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda bir məntəqə müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Gürcüstan MSK-nın mətbuat katibi İrakli Porkixidzenin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Bolnisi rayonundakı 57 saylı məntəqədə baş vermiş qanun pozuntusuna görə, məntəqənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Belə ki, məntəqədəki detektor sındırılır, bu da məntəqənin fəaliyyətini mümkünsüz edib. Mətbuat katibi bildirib ki, yalnız yeni detektor verildikdən sonra məntəqədə iş bərpa olunub.
Qeyd edək ki, azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsinin başqa rayonlarında ciddi qanun pozuntusu olmadığı da bildirilib.
Gürcüstan MSK-nın müxalifətdən olan üzvləri isə bütün seçki məntəqələrində qanun pozuntuları müşahidə olunduğunu deyiblər. MSK-nın Respublikaçılar Partiyasından olanüzvü Zurab Maraqvelidzenin APA-nın yerli bürosuna açıqlamasında Zalqa, Qldani, Zuqdidi, Saburtalo rayonlarında ciddi qanun pozuntuları qeydə alındığını söyləyib: “Bir çox məntəqələrdə seçicilərin çox hissəsinin adı seçki siyahısında yoxdur. Müxalifətin məntəqələrdə olan müşahidəçilərinə qarşı təzyiqlər var. Ancaq bunların heç biri nəzərə alınmır. MSK isə yalnız araşdırma apardığını söyləyir ”. Zurab Maraqvelidze əlavə edib ki, təşkilatçılıq normal olmadığı üçün seçicilər uzun müddət gözlədikdən sonra səsvermədən seçki məntəqəsini tərk edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR