Bank Of Baku

Gürcüstandakı seçkilərin ilkin nəticələrinə görə, Mixail Saakaşvili qalib gəlib

Gürcüstandakı seçkilərin ilkin nəticələrinə görə, Mixail Saakaşvili qalib gəlib
# 06 yanvar 2008 12:03 (UTC +04:00)
İndiyə qədər bəlli olan nəticələrə görə, M. Saakaşvili seçkidə iştirak edənlərin 67.3% faizinin səsini alıb. İkinci yerdə müxalifətin lideri Levan Qaçeçiladzedir. O, 22,33% faiz səs alıb, bundan sonrakı yerləri isə Arkadi (Badri) Patarkasişvili (5,9%), David Qamqrelidze (3,49%), Şalva Natelasvili (4,43%), Georgi Maisasvili (0,68%) və İrina Sarisvili (0,14%) tutub.
Lakin müxalifət nəticələrlə razılaşmadığı üçün artıq mitinq təyin edib. Birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze APA-nın Gürcüstan bürosuna açıqlmasında seçkilərin əsasən saxtalaşdırıldığını iddia edib: “Mən regionlarda Saakaşvilinin qələbə qazanması faktı ilə razıyam. Amma bütün Tiflis mənə səs verib. Buna görə də onun qələbəsi tam deyil. Seçkilərdə saxtalaşdırmaya yol verilib”. O, müxalifətin mitinqlərə başlayacağını da deyib: “Aksiyalarda bütün müxalifət liderlərinin, o cümlədən Natelasvili, Maisaşvili, Qamqrelidzenin də iştirakı gözlənilir. Biz hazırda onlarla bu istiqamətdə danışıqlar aparırıq. Onlar mənim tərəfimdədirlər. Bütün müxalifət bu mitinqlərdə iştirak edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR