Bank Of Baku

Mixail Saakaşvili və Levan Qaçeçiladze kilsədə Milad bayramı münasibətilə keçirilən mərasimdə görüşüblər

Mixail Saakaşvili və Levan Qaçeçiladze kilsədə Milad bayramı münasibətilə keçirilən mərasimdə görüşüblər
# 07 yanvar 2008 11:18 (UTC +04:00)
Gürcüstan prezidentliyinə əsas namizədlər Mixail Saakaşvili və Levan Qaçeçiladze bu gün Tiflisin mərkəzindəki kafedral kilsədə Milad bayramı münasibətilə keçirilən mərasimdə bir araya gəliblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili kilsəyə daxil olarkən birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze və onun həyat yoldaşı ilə qarşılaşıb. O, əvvəlcə əlini rəqibinə, sonra isə xanımına uzadaraq onlarla salamlaşdıqdan sonra öz tərəfdarlarının yanına gedib. Mərasimin sonunda ölkə vətəndaşlarını təbrik edən M. Saakaşvili bu təbrikin prezident adından verilmiş təbrik olub-olmadığı haqda sualı gülərək cavablandırıb və bunu MSK-nın həll edəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR