Bank Of Baku

ABŞ hesab edir ki, Gürcüstandakı seçkilər ATƏT və Avropa Birliyi standartlarının əksəriyyətinə uyğun olub

ABŞ hesab edir ki, Gürcüstandakı seçkilər ATƏT və Avropa Birliyi standartlarının əksəriyyətinə uyğun olub
# 08 yanvar 2008 08:16 (UTC +04:00)
ABŞ hökuməti Gürcüstan xalqını yanvarın 5-də keçirilmiş prezident seçkiləri münasibətilə təbrik edib. APA-nın məlumatına görə, Dövlət Departamentinin bəyanatında bildirilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, eləcə də qurumun Parlament Assambleyasının rəylərinə əsasən Gürcüstandakı seçkilər ATƏT və Avropa Birliyinin demokratik seçki standartlarının əksəriyyətinə uyğun olub: “Biz Avropa Birliyi və beynəlxalq müşahidə missiyasının bu seçkilərin Gürcüstanda həqiqi mənada rəqabət şəraitində keçirilmiş ilk seçki olduğuna dair fikirləri ilə razıyıq”. Bununla yanaşı, ABŞ Dövlət Departamenti beynəlxalq müşahidəçilərin ciddi problemlər aşkarladığını da qeyd edərək Gürcüstan hökumətini bu ilin yazında keçiriləcək parlament seçkilərinə qədər bütün pozuntuları araşdırmağa, mövcud çatışmazlıqları aradan qaldırmaq üçün siyasi qüvvələrlə birlikdə çalışmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR