Bank Of Baku

Avropa Birliyi Gürcüstanın bütün siyasi qüvvələrini seçkilərin nəticələrinə hörmət etməyə çağırıb

Avropa Birliyi Gürcüstanın bütün siyasi qüvvələrini seçkilərin nəticələrinə hörmət etməyə çağırıb
# 08 yanvar 2008 08:51 (UTC +04:00)
Avropa Birliyi Gürcüstanın bütün siyasi qüvvələrini seçkilərin nəticələrinə hörmət etməyə, ölkənin irəliləyişini təmin etmək məqsədilə demokratik və konstruktiv məcrada fəaliyyət göstərməyə çağırıb. APA-nın məlumatına görə, Avropa Birliyinə sədrlik edən Sloveniyanın bəyanatında yanvarın 5-də keçirilmiş prezidenti seçkilərinin Gürcüstan demokratiyası üçün vacib test olduğu bildirilir: “Avropa Birliyi gürcü xalqını seçkilərin dinc şəkildə keçirilməsi münasibətilə təbrik edir. Beynəlxalq missiyanın ilkin qiymətləndirməsinə əsasən seçkilər mahiyyət etibarilə ATƏT və Avropa Birliyi qarşısında götürülmüş öhdəliklərin, eləcə də demokratik seçki standartlarının əksəriyyətinə uyğun olub. AB prezident seçkilərinin yekun nəticələrini gözləyir və hakimiyyət orqanlarını bütün şikayətlərə tezliklə və adekvat şəkildə baxmağa çağırır”. Sloveniya AB adından Gürcüstan hökumətini aşkara çıxarılmış çatışmazlıqların qarşıdakı parlament seçkilərində təkrarlanmaması üçün tədbir görməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR