Bank Of Baku

Gürcüstan müxalifəti seçkilərin ikinci turuna nail olmaq niyyətindədir

Gürcüstan müxalifəti seçkilərin ikinci turuna nail olmaq niyyətindədir
# 08 yanvar 2008 10:21 (UTC +04:00)
Gürcüstan prezidentliyinə namizəd Levan Qaçeçiladze bu gün Mərkəzi Seçki Komissiyasının binasına gedərək xəbərdarlıq etmədən sədrin kabinetinə daxil olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, L. Qaçeçiladze MSK-nın seçkilərin nəticələrini saxtalaşdırmaq və saxta protokolları qanuniləşdirməklə məşğul olduğunu bildirib: “Mən MSK sədri ilə söhbət etməyə gəlmişəm, amma o, normal rejimdə dialoqdan imtina edir. Mənim tərəfdarlarımın yarım milyon səsi vicdansızcasına oğurlanıb. Bəyan edirəm ki, seçkilərin nəticələri saxtalaşdırılsa, sədr Tarxnişvili cəzalandırılacaq”. Sabiq müdafiə naziri İrakli Okruaşvilinin başçılıq etdiyi “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyasının liderlərindən biri olan Georgi Tortladze isə MSK-dan müqayisə üçün məntəqə və dairə seçki komissiyalarının protokollarını istədiklərini deyib. Belə ki, müxalifətin əlində eyni məntəqənin iki fərqli protokolları var, onların birində L. Qaçeçiladzenin, digərində M. Saakaşvilinin qalib gəldiyi göstərilib. Respublika Partiyasının liderlərindən olan Tina Xidaşeli bildirib ki, M. Saakaşvilinin qələbəsi əks olunmuş protokollar sonradan tərtib edilib və saxtadır. “Gürcüstanın yolu” Partiyasının lideri Salome Zurabişvili isə müxalifətin prezident seçkilərinin ikinci turunun keçirilməsinə nail olacağını açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR