Bank Of Baku

Terri Devis: “Gürcüstanın siyasi liderləri məsuliyyət, siyasi yetkinlik və demokratik prosesə hörmət nümayiş etdirməlidir”

Terri Devis: “Gürcüstanın siyasi liderləri məsuliyyət, siyasi yetkinlik və demokratik prosesə hörmət nümayiş etdirməlidir”
# 08 yanvar 2008 11:20 (UTC +04:00)
Avropa Şurasının baş katibi Terri Devis Gürcüstanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələri elan olunmadan kütləvi etiraz aksiyalarına çağırışların səsləndirilməsini tələskənlik sayır. APA-nın məlumatına görə, T. Devisin AŞ-nin saytında yerləşdirilmiş bəyanatında bildirilir ki, beynəlxalq müşahidəçilər Gürcüstanda keçirilmiş seçkiləri diqqətlə izləyiblər: “Hələ rəsmi nəticələr dərc edilməyib. Belə şəraitdə Gürcüstanın siyasi liderləri məsuliyyət, siyasi yetkinlik və demokratik prosesə hörmət nümayiş etdirməlidir”. Baş katib deyib ki, müxalifətin əlində pozuntularla bağlı sübutlar varsa, həmin sübutlar beynəlxalq müşahidəçilərə təqdim edilməli və bundan sonra Gürcüstan Konstitusiyasında nəzərdə tutulmuş prosedurlardan istifadə olunmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR