Metyu Brayza: “Parlament seçkiləri prezident seçkilərindən daha ədalətli keçirilməlidir”
09 yanvar 2008 11:04 (UTC +04:00)
“Parlament seçkiləri prezident seçkilərindən daha ədalətli keçirilməlidir. Biz gözləyirdik ki, prezident seçkiləri gürcü xalqının iradəsinin ifadə edəcək və ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək. Belə də oldu”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri “Mze” televiziyasına müsahibəsində ABŞ dövlət katibinin müavininin köməkçisi deyib. O, 5 yanvar seçkiləri ilə bağlı ölkəsinin mövqeyini bir daha təkrarlayaraq bildirib ki, seçkilər əsas demokratik seçki standartlarına uyğun olub: “Bunu ATƏT və Avropa Birliyi də təsdiqləyib. Ancaq bəzi pozuntular da var ki, bunlar araşdırılmalı və düzəldilməlidir”. /APA/
MDB
Lavrov: “Qərb Ukraynada vəziyyətin pisləşdiyini bilir”
22:58
5 may 2024
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək
17:35
5 may 2024
Rusiyalı deputat: “Anatoli Çubays “xarici agent” elan edilməlidir”
15:36
5 may 2024
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:20
5 may 2024