Almaniya Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilini Fransaya təhvil verib
10 yanvar 2008 08:35 (UTC +04:00)
Gürcüstan hökumətinin müraciəti əsasında Almaniyada həbs olunmuş sabiq müdafiə naziri İrakli Okruaşvili yanvarın 9-da Fransaya təhvil verilib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Fransa Daxili İşlər Nazirliyinin nümayəndəsi Jerar Qaşe İ. Okruaşvilinin Parisə gətirildiyini açıqlayıb. Xatırladaq ki, keçmiş nazir Gürcüstan Baş Prokurorluğunun xahişi ilə İnterpolun verdiyi order əsasında ötən il noyabrın 27-də Berlində saxlanılıb. İ. Okruaşvili Almaniyaya Fransanın Gürcüstandakı səfirliyinin verdiyi Şengen vizası ilə gəldiyi üçün Paris və Berlin onun ekstradisiya olunub-olunmaması məsələsinə Fransada baxılması barədə razılığa gəliblər. /APA/
MDB
Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları Rusiyaya girişdə saxlanılır
14:15
3 may 2024
Rusiya MN Ukraynanın builki itkilərini açıqlayıb
14:04
3 may 2024
Kreml Makron və Kameronun açıqlamalarını təhlükəli adlandırıb
13:52
3 may 2024
"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib
13:39
3 may 2024