Gürcüstan müxalifətinin lideri Levan Qaçeçiladze Mixail Saakaşvili ilə görüşüb və canlı efirdə çıxış edib
11 yanvar 2008 08:17 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, L. Qaçeçildze bildirib ki, ölkənin aparıcı televiziyalarının birbaşa efirində çıxış imkanı qazanmaq üçün aclıq aksiyasına başlamağa məcbur olub. O, müxalifətin prezident seçkilərinin ikinci turunun keçirilməsini istədiyini və yanvarın 13-də bu tələblə kütləvi aksiya keçirəcəklərini elan edib: “Biz mübarizəni davam etdiririk. Ancaq bizim mübarizəmiz istisnasız olaraq dinc xarakter daşıyır və yalnız mitinq, nümayiş, aclıq aksiyası formasında özünü göstərəcək”. L. Qaçeçildze seçki zamanı kütləvi pozuntular və saxtakarlığa yol verildiyini bəyan edib. O, xalqın seçkidə müxalifəti dəstəklədiyinə, lakin nəticələrin saxtalaşdırıldığına əmin olduğunu söyləyib: “Bu gün Gürcüstanda ədalətsizlik hökm sürür həm MSK-da, həm də Ali Məhkəmədə. Biz buna qarşı mübarizə aparırıq”. L. Qaçeçiladze maraqlı bir faktı da açıqlayaraq prezident səlahiyyətlərinin icraçısı Nino Burcanadzenin vasitəçiliyi ilə Mixail Saakaşvili ilə görüşdüyünü bildirib. O, görüşdə seçkidən sonra yaranmış vəziyyəti müzakirə etdiklərini deyərək ətraflı məlumat verməyib. /APA/
MDB
Ararat Mirzoyan kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
01:49
9 may 2024
Putin və Paşinyan Rusiya hərbçilərinin "Zvarnots" aeroportu ilə bərabər Azərbaycanla sərhəddəki məntəqələri tərk etməsini razılaşdırıblar
01:33
9 may 2024
Putin və Paşinyan arasında danışıqlar başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1
00:40
9 may 2024
Tokayev Aİİ-də maneəsiz vahid daxili bazar yaratmağı təklif edib
22:59
8 may 2024