Bank Of Baku

Mixail Saakaşvili AŞ PA sessiyasında çıxış edəcək və ABŞ-a gedəcək

Mixail Saakaşvili AŞ PA sessiyasında çıxış edəcək və ABŞ-a gedəcək
# 15 yanvar 2008 13:47 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Gürcüstanın qurum qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələ müzakirə olunacaq. APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının saytında məlumat verilib. Gürcüstanla bağlı məruzə yanvarın 24-də dinləniləcək. Elə həmin gün prezident Mixail Saakaşvilinin çıxışı nəzərdə tutulub. O, yanvarın 20-nə planlaşdırılan inauqurasiyasından qısa müddət sonra Strasburqa yollanacaq. M. Saakaşvilinin yaxın vaxtlarda ABŞ-a səfəri də gözlənilir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stiven Hedli deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR