Mixail Saakaşvilinin andiçmə mərasimində Rusiyanı Sergey Lavrov təmsil edəcək
16 yanvar 2008 14:17 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvilinin andiçmə mərasimində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko açıqlayıb. O, Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Katamadze ilə görüşündə inauqurasiyaya gələcək Rusiya nümayəndə heyətinə S. Lavrovun başçılıq edəcəyini bildirib.
Qeyd edək ki, M. Şaakaşvilinin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Mərasim iki hissədən ibarət olacaq. Birinci hissə Kutaisi şəhərindəki Baqrat məbədində, ikinci hissə isə Tiflisdə, parlament binasının qarşısında keçiriləcək. /APA/

MDB
Almaniya Rusiyadakı səfirini geri çağırıb
14:30
6 may 2024
Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
14:28
6 may 2024
Simonyan Zaxarovanın sözlərini şərh edib: Ermənistan artıq Rusiyaya cavab verib
13:35
6 may 2024
Rəsmi Moskva Ukraynada Şimali Koreya istehsalı raketlərdən istifadə olunmasını şərh etməyib
13:18
6 may 2024