Bank Of Baku

Gürcüstan müxalifəti hakimiyyətlə dialoqu dayandıraraq kütləvi aksiyalara hazırlaşır

Gürcüstan müxalifəti hakimiyyətlə dialoqu dayandıraraq kütləvi aksiyalara hazırlaşır
# 09 fevral 2008 09:43 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bunu Xalq Partiyasının lideri Koba Davitaşvili bəyan edib. O bildirib ki, irəli sürdükləri üç əsas tələb yerinə yetirilməsə, “mənasız çərənləmələr”də iştirak etməyəcəklər. K. Davitaşvili 15-25 fevral tarixlərində parlament binası qarşısında mitinq keçirmək üçün meriyaya ərizə ilə müraciət etdiklərini açıqlayıb.
Qeyd edək ki, müxalifət İctimai Televiziyanın baş direktoruTamar Kinsuraşvilinin və Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvilinin vəzifələrindən azad olunmasını və Tiflisdə ötən il noyabrın 7-də baş vermiş iğtişaşlar zamanı həbs olunanların azadlığa buraxılmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR