Bank Of Baku

Badri Patarkatsişvilinin ölümündən əvvəl kimlərlə görüşdüyü müəyyənləşib

Badri Patarkatsişvilinin ölümündən əvvəl kimlərlə görüşdüyü müəyyənləşib
# 14 fevral 2008 12:08 (UTC +04:00)
London APA. Badri (Arkadi) Patarkatsişvilinin meyitinin yarılması nəticəsində onun ölümünün təbii səbəblərlə bağlı olduğu təsdiqlənsə də, polis toksikoloji analizlər də aparmağa qərar verib. APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalı məlumat yayıb. İş adamının ölümü ilə bağlı istintaq aparan Sarrey qraflığının polis idarəsindən bildiriblər ki, toksikoloji testlərin nəticəsi bir neçə həftəyə bəlli olacaq. B. Patarkasişvilinin ölümündən əvvəl kimlərlə görüşdüyü də müəyyənləşib. “The Times” qəzeti biznesmenin fevralın 12-də səhər Böyük Britaniyanın sabiq baş prokuroru lord Piter Qoldsmitlə görüşdüyünü yazıb. Görüşdə Böyük Britaniyadan sığınacaq almış rusiyalı sahibkarlar Nikolay Qluşkov və Yuli Dubov da iştirak ediblər. Bir qədər sonra onlara məşhur iş adamı Boris Berezovski və “Bell Pottinger Group” adlı “piar” şirkətinin rəhbəri Timoti Bell də qoşulub. Axşam yerli vaxtla saat 19.00 radələrində B. Patarkatsişvili B. Berezovskinin ofisinə baş çəkib və sonra London yaxınlığındakı Lazerhed şəhərində yerləşən evinə qayıdıb. “Kommersant” qəzetinin yazdığına görə, şam yeməyindən sonra o, ailə üzvlərinə özünü pis hiss etdiyini deyib və yatmağa hazırlaşarkən ürək tutmasından keçinib. B. Berezovski hadisədən gecəyarısı xəbər tutub və B. Patarkatsişvilinin evinə yollanıb, ancaq polislər onu içəri buraxmayıblar. B. Berezovski jurnalistlərə deyib ki, fevralın 12-də B. Patarkatsişvili ürəyindəki ağrılardan şikayətlənib. Ancaq mərhum iş adamının şəxsi həkimi Zaur Kirkitadze B. Patarkatsişvilinin ürəyində problem olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR