Bank Of Baku

ATƏT sədri: “Mayda keçiriləcək parlament seçkiləri Gürcüstanda demokratiyanın inkişafı üçün böyük irəliləyiş ola bilər”

ATƏT sədri: “Mayda keçiriləcək parlament seçkiləri Gürcüstanda demokratiyanın inkişafı üçün böyük irəliləyiş ola bilər”
# 27 fevral 2008 11:42 (UTC +04:00)
Tiflis. Kəmalə Həsənova. “Mayda keçiriləcək parlament seçkiləri Gürcüstanda demokratiyanın inkişafı üçün böyük irəliləyiş ola bilər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu ölkədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva bu gün keçirdiyi mətbuat konfransında deyib. O, parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün rəhbərlik etdiyi qurumun Gürcüstana lazımı köməklik göstərəcəyini bildirib.
Rusiya-Gürcüstan münasibətlərinə toxunan İ. Kanerva regionda stabilliyin və inkişafın səviyyəsini yüksəltmək üçün iki ölkə arasında əlaqələri yaxşılaşdırılması istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR