Bank Of Baku

Soros Fondunun Gürcüstan üzrə direktoru: “Yaxın gələcəkdə Rusiya-Gürcüstan münasibətlərində ciddi dəyişiklik olacağını güman etmirəm” - EKSKLÜZİV

Soros Fondunun Gürcüstan üzrə direktoru: “Yaxın gələcəkdə Rusiya-Gürcüstan münasibətlərində ciddi dəyişiklik olacağını güman etmirəm” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 28 fevral 2008 08:28 (UTC +04:00)
Prezident Mixail Saakaşvilinin “Gürcüstan Rusiyanın maraqlarını nəzərə almaqla daxili münaqişələrin həllinə razıdır” bəyanatını şərh edən David Darkiaşvili rəsmi Tiflisin öz bəyanatlarına düzəliş etməli olduğunu bildirib: “Əsasən də 2006-cı ildə belə bəyanatlar çox oldu və bu bəyanatlar bizimkilər tərəfindən təhqir kimi qəbul edildi. Bir sözlə Saakaşvilinin hakimiyyətinin birinci dövründə daha çox çılğınlıq nəzərə çarpırdısa, artıq son prezident seçkilərindən sonra dövlət başçısının və onun ətrafındakıların ritorikasında yumşalma hiss olunur. Lakin yığılıb qalmış və həllini gözləyən suallar o qədər çoxdur ki, mən yaxın gələcəkdə Rusiya ilə münasibətlərdə hansısa ciddi dəyişiklik olacağını güman etmirəm”. David Darkiaşvili münasibətlərin bu cür nöqtəyə çatmasında Rusiyanın da az rol oynamadığın deyib: “Qonşu dövlətin siyasi meydanında Gürcüstanı bərabər hüquqlu rəqib, dövlət kimi qəbul etmirlər. Ümumiyyətlə Rusiya SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan heç bir dövləti rəqib kimi tanımaq istəmir. Moskva SSRİ millətlərinə NATO-ya daxil olub-olmamaqlarını, hansı razılaşmalar imzalamasını diktə etməyə çalışır. Bu, heç bir suveren dövlət tərəfindən qəbul edilə bilməz. Əgər Rusiyanın bu münasibəti dəyişməsə, yaxın gələcəkdə hər hansı bir dəyişiklik gözləmək olmaz. Bəlkə də münaqişələrin həlində bir qədər yumşalma oldu. Müxalifətin tələb etdiyi kimi münaqişələrin həlində Rusiya köməyindən imtina edilsə, bu münasibətlərin daha da mənfi müstəvidə inkişafına gətirib çıxara bilər”. David Darkiaşvili Gürcüstanın Suxumi və Sxinvali ilə birbaşa dialoqa başlamalı olduğunu deyib: “Bu dialoqda Rusiyanın da iştirakı lazımdır. Bu gün birinci növbədə Gürcüstan Baqapş və Kokoyta ilə danışıqlara başlamalıdır. Qarşıda duran əsas problem budur. Eyni zamanda beynəlxalq ictimaiyyət Rusiyaya qarşı öz mövqeyini gücləndirməlidir. Gürcüstan birbaşa dialoq yolu ilə münaqişə zonasında baş verə biləcək gərginliyin aradan qaldırılmasına nail ola bilər. Buna baxmayaraq Gürcüstanın atdığı hər addım Rusiya siyasi elitası tərəfindən mənfi qarşılanır. Əgər Gürcüstan Rusiyanın milli maraqlarına cavab vermək üçün NATO-ya daxil olmaqdan imtina edərsə, bu, mənim hesab etdiyim müstəqil dövlət olmayacaq. Öz müstəqilliyinə və milli dəyərlərinə hörmət edən Gürcüstan bu addımı atmamalıdır”. David Darkiaşvili BMT baş katibinin Cənubi Osetiya və Abxaziya münaqişələrinin həllində beynəlxalq təşkilatların rolunun gücləndirilməsi barədə bəyanatını pozitiv fikir hesab edir: “Bəyanatda iki vacib məqam mənim üçün daha maraqlıdır. Birincisi, baş katib hər iki tərəfi tənqid edir. Təəssüf ki, baş katibin tənqidləri tam dəqiq olmayan informasiyalar əsasında formalaşıb. Həm Gürcüstan, həm də Abxaziya tərəfindən yayılmış şayiələr beynəlxalq ictimaiyyətdə düzgün rəy formalaşdırmayıb. Amma baş katibin Gürcüstan haqqında yürütdüyü mülahizələri haqlıdır. Başqa bir tərəfdən isə Gürcüstan mətbuatının yaydığı informasiyalar bəzən tam dəqiq olmaya bilər, məhz buna görə fikir yürütməzdən əvvəl informasiyaların dəqiqliyini yoxlamaq lazımdır”. O, BMT baş katibinin münaqişələrin nizamlanması formatının düzgün olmaması fikrini bölüşdüyünü bildirib: “Baş katib qeyd edir ki, münaqişənin həlli üçün nəzərdə tutulmuş format düzgün deyil və münaqişənin həlli həddən artıq çətin vəziyyətə salınıb. Bu, düzgün fikirdir. İndiyə qədər mövcud olan formatı yenidən nəzərdən keçirmək, analiz etmək lazımdır. Fikrimcə, bu, çox vacib məsələdir, Gürcüstan tərəfi katibin göstərişlərini nəzərə alsa, yaxşı olardı. Formatın düzgünlüyü, effektivliyi ilə bağlı məsələnin yüksək səviyyədə müzakirə olunması böyük bir irəliləyişdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR