Bank Of Baku

Badri Patarkasişvili dəfn olunub

Badri Patarkasişvili dəfn olunub
# 28 fevral 2008 13:43 (UTC +04:00)
Tiflis APA. Məşhur gürcü biznesmeni və siyasətçisi Badri Patarkasişvili bu gün Tiflisdəki iqamətgahının ərazisində dəfn olunub. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, biznes tərəfdaşları, ictimai-siyasi xadimlər, din adamları, sadə vətəndaşlar ümumilikdə 10 mindən çox adam iştirak edib. İştirakçılar mərhumu alqışlarla son mənzilə yola salıblar. Jurnalistlər mərasimdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş tanınmış şəxslərin adlarını öyrənə bilməyiblər. Təkcə Moskvadan xüsusi reyslə 50-dən çox adam gəlib. Onların sırasında tanınmış telejurnalist Vladimir Pozner də olub. Gürcüstan hökuməti B. Patarkasişvilinin yaxın dostu, Böyük Britaniyada yaşayan Boris Berezovskiyə viza verməyib.
Xatırladaq ki, B. Patarkasişvili fevralın 12-də Londonda dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə, onun sərvətinin dəyəri 12 milyard dollara yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR