Bank Of Baku

Nino Burcanadze Rusiyanın separatçıların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid edir

Nino Burcanadze Rusiyanın separatçıların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid edir
# 11 mart 2008 12:14 (UTC +04:00)
Tiflis APA. Gürcüstan parlamentinin sədri Nino Burcanadze Rusiyanın tanınmamış respublikaların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid etdiyini bildirib. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, Abxaziya və Cənubi Osetiya separatçılarının Rusiyaya tanınma xahişi ilə müraciətinə toxunan N. Burcanadze deyib ki, rəsmi Moskva bu cür xahişlərin təmin olunmasının hansı nəticələr verəcəyini düşünməlidir. O, Şimali Qafqazın ictimai təşkilat və hərəkatlarının Abxaziya və Cənubi Osetiyanın tanınması xahişi ilə Rusiya hökumətinə ünvanladıqları müraciətə də toxunub: “Rusiya özü bu müraciət haqda nə fikirləşir? Şimali Osetiya müstəqildir ki, indi başqaları üçün müstəqillik tələb edir?”
Qeyd edək ki, Avropa Birliyi də Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ehtimalından narahatlığını bildirib. AB-yə sədrlik edən Sloveniya hökumətinin bəyanatında bildirilir ki, Kosovo problemi unikal olduğu üçün bu məsələnin Gürcüstanın regionlarındakı vəziyyətlə müqayisəsi qəbuledilməzdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR