Bank Of Baku

Rusiya Abxaziyaya əlavə hərbi qüvvə yeridib

Rusiya Abxaziyaya əlavə hərbi qüvvə yeridib
# 01 may 2008 08:18 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aprelin 30-da yeni sülhməramlı kontingent ağır texnika ilə Suxumi küçələrindən keçib. Separatçıların “xarici işlər naziri” Sergey Şamba sülhməramlıların sayının 1994-cü il mayın 14-də Moskvada imzalanmış atəşkəs müqaviləsinə uyğun olaraq artırıldığını bildirib. Bu sənədə əsasən, münaqişə zonasında 3 min hərbçi yerləşdirilə bilər, ötən 14 ildə isə sülhməramlı hərbçilərin sayı 2 minə yaxın olub.
Gürcüstan və Ukrayna prezidentləri birgə bəyanatla çıxış edərək, Rusiyanı Abxaziya və Cənubi Osetiya ilə bağlı planlarından vaz keçməyə çağırıblar. Onlar Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü şübhə altında qoymaq cəhdindən narahatlıqlarını ifadə ediblər. Mixail Saakaşvili və Viktor Yuşşenko Rusiya rəhbərliyinin “Abxaziyadakı soydaşların müdafiəsi üçün” lazım gələrsə, hərbi vasitələrdən istifadə etməyin mümkünlüyü barədə bəyanatlarını pisləyiblər: “Bu, güc tətbiq etməklə hədələmək kimi qiymətləndirilə bilər və Gürcüstana qarşı açıq provokasiyadır”. Prezidentlər gürcü-abxaz və gürcü-osetin münaqişələrinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməklə sülh yolu ilə həll edilə biləcəyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR