Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib.
APA-nın xəbərinə görə, Toivo Klaar bu barədə "Twitter" səhifəsində yazıb.
İkigünlük səfər çərçivəsində Aİ-nin xüsusi nümayəndəsi Ermənistan baş naziri Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatskanyanla görüşəcək.
Toivo Klaar bəzi sərhəd kəndlərə də səfər edəcəyini bildirib.