Bank Of Baku

Atambayevin tərəfdarları girov götürdükləri xüsusi təyinatlıları sərbəst buraxıblar

Atambayevin tərəfdarları girov götürdükləri xüsusi təyinatlıları sərbəst buraxıblar
# 08 avqust 2019 14:49 (UTC +04:00)

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin tərəfdarları girov götürdükləri xüsusi təyinatlı əsgərləri sərbəst buraxıblar.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq prezidentin iqamətgahından bildirilib.

Qeyd edək ki, ötən gün Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub.

Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) A. Atambayevin iqamətgahında altı xüsusi təyinatlı əsgərin saxlanıldığını açıqlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR