4-8 iyul tarixlərində ATƏT Parlament Assambleyasının (PA) Lüksemburqda keçiriləcək yay sessiyasında Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə müzakirə ediləcək.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə ATƏT PA-nın prezidenti Georgi Tsereteli məlumat verib.
O bildirib ki, sessiyada “Parlamentlərin təhlükəsizlik və davamlı inkişaf məqsədlərində rolu” adlı qətnamənin qəbul olunması gözlənilir.
Sessiyada Abxaziya və Cənubi Osetiyada təhlükəsizlik və insan hüquqları sahəsində vəziyyət müzakirə ediləcək.