Batumidə bıçaqlanan Azərbaycan vətəndaşlarından ikisi xəstəxanadan buraxılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, digər şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
***
saat 11:38
Gürcüstanın Batumi şəhərində 3 gənc bıçaqlanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə çimərlik ərazisində baş verib.
Hər 3 gənc Batumi Referral Hospitalına yerləşdirilib.
Hospitalın təcili yardım xidmətinin direktor müavini Badri Paksadze yaralananların Azərbaycan vətəndaşı olduqlarını bildirib. Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti stabil, birinin vəziyyəti isə nisbətən ağırdır.
Hadisənin mübahisə zəminində baş verdiyi bildirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.