Bank Of Baku

Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib

Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib
# 31 avqust 2026 16:26 (UTC +04:00)

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin keçirilməsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

“МИР 24” telekanalının xəbərinə görə, 21 ölkədən nümayəndə heyətinin gəldiyi Bişkekdə Qırğızıstanın daxili işlər orqanları, Müdafiə Nazirliyi, FHN və digər idarələrin 15 minə yaxın əməkdaşı gücləndirilmiş iş rejimində xidmət edir.

Məlumata görə, Qırğızıstan paytaxtında yollar boyunca, otellərin və əsas tədbir yerlərinin yaxınlığında mühafizə postları qurulub. Təhlükəsizlik qüvvələri hər 12 saatdan bir növbə dəyişdirərək gecə-gündüz keşik çəkir.

Tədbirin miqyasına görə hətta vergi xidmətinin işçiləri belə otellərin mühafizəsinə cəlb edilib.

Otellərin yaxınlığında mümkün problemləri tez bir zamanda aradan qaldırmağa hazır olan elektrik şəbəkəsi mütəxəssisləri də xidmət göstərir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının forması yoldan keçən kortejlərin aydın görünməsini təmin etmək üçün gecələr qırmızı və mavi yanıb-sönən xüsusi mayaklarla təchiz olunub.

Bişkekin ticarət mərkəzlərindən biri sammit zamanı ziyarətçilərə bağlanıb və jurnalistlərin istifadəsinə verilib.

Eyni zamanda, Qırğızıstan Dünya Köçəri Oyunlarının açılışına hazırlaşır. Telekanalın məlumatına görə, onların keçirilməsi ilə əlaqədar ölkəyə 100 minə yaxın iştirakçı və qonağın gəlməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR